Necə kömək edə bilərik?

Məqalə, müəllif və s.

Jurnal haqqında

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi şurasının qərarı ilə Elmi Əsərləri Məcmuəsi nəşr olunub. Məcmuədə ən son illərdə aparılan elmi tədqiqat işlərinin nəticələri qısa şəkildə şərh edilmiş, Azərbaycanda üzümçülük və şərabçılığın inkişafının aktual problemləri və onun elmi əsasları müvafiq istiqamətlər üzrə olan məqalələrdə işıqlandırılmışdır.

Məcmuədəki məqalələr ümumi sayı 15 olmaqla ampeloqrafiya və seleksiya istiqamətində əldə olunan nəticələri, üzüm bitkisini becərilməsi və aqrotexnikasını, xəstəlik və zərərvericilərə qarşı mübarizə yollarını, aqrokimyəvi və melorasiya işlərini, emal və texnologiyanı, şərab turizmini (enoturizm), yeni şərab keyfiyyətinin əldə olunmasını, keyfiyyətin daha münasib metod və vasitələrdən istifadə etməklə artırılmasını təqdim edilmiş əhatəli cədvəllər və düsturlar, təcrübələr zamanı hazırlanmış rəngli fotoşəkillər vasitəsilə əhatə etmişdir. Hər bir istiqamətdə əldə olunmuş yeni nəticələr, anlayışlar və onların müzakirəsi verilmişdir. İnstitutun əməkdaşları ilə yanaşı Türkiyə dövlətinin vətandaşlarının da birgə müəllifliyi ilə məqalələri dərc olunub. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitututunun Elmi Əsərləri Məcmuəsi Mündəricat, Ampeloqrafiya və seleksiya, Üzümün aqrotexnikası, Xəstəlik və zərərvericilərə qarşı mübarizə, Aqrokimya və melorasiya, Emal və texnologiya, Şərab turizmi (Enoturizm) bölmələrindən ibarətdir. Məcmuədə məqalələr Azərbaycan və türk dilində, xülasələr rus və ingilis dilində verilmişdir.

Məqalələr elmi işçilər, mütəxəssislər, aqraryönümlü müəssisə və təşkilatların mütəxəssisləri, doktorantlar, magistrantlar, bakalavrlar, fermer təsərrüfatı ilə məşğul olanlar üçün əsaslı tədqiqat nəticələri, lazımlı materiallardır.

SON MƏQALƏLƏR
Xindoqnı üzüm sortunun ampelodeskriptor xüsusiyyətləri və perspektivliyi

Xindoqnı üzüm sortunun ampelodeskriptor xüsusiyyətləri və perspektivliyi

26 Sentyabr 2023 ­ 1287 V. Səlimov • UOT 634.8: 631.525

Məqalədə Azərbaycanın qədim üzümçülük diyarlarından biri olan Qarabağın qədim, qiymətli Xindoqnı texniki istiqamətli üzüm sortunun ampelodeskriptor, morfoloji, bioloji, texnoloji xüsusiyyətləri, o cümlədən populyasiyasının quruluşu, variasiya və dəyişkənlikləri ...

Yerli əsgəri, qara kişmişi və sultani kişmişi üzüm
populyasiyalarindaki klon variasiyalari

Yerli əsgəri, qara kişmişi və sultani kişmişi üzüm populyasiyalarindaki klon variasiyalari

31 Dekabr 2020 ­ 2312 A. Hüseynova, V. Səlimov • UOT 634.8: 631.523: 631

Xülasə Məqalədə Azərbaycanın yerli qiymətli Əsgəri, Qara kişmişi, Sultanı kişmişi üzüm sortlarının populyasiyasından ilkin olaraq seçilmiş protoklonların (ilkin klonların, yaxud anac tənəklər) və onların vegetativ nəsillərinin (klonların) biomorfoloji, ...

Abşeron şəraitində bəzi texniki üzüm sortlarinin
vegetasiya müddəti

Abşeron şəraitində bəzi texniki üzüm sortlarinin vegetasiya müddəti

31 Dekabr 2020 ­ 2555 X. Abasova, R. Əsədullayev • UOT 634.8

Xülasə Vegetasiya dövrünün gedişində üzümün həyat funksiyaları (böyümə, inkişaf, bar vermə və s.) özünü büruzə verir. Üzüm bitkisinin vegetasiyası bahar fəslində orta sutkalıq temperatur 10°C səvissinə çatdıqda şirə hərəkəti, gözcüklərin şişib açılması ilə başlayır. ...

Bəzi üzüm sort-populyasiyalarının barlılıq xüsusiyyətinin müxtəlifliyinin
qiymətləndirilməsi

Bəzi üzüm sort-populyasiyalarının barlılıq xüsusiyyətinin müxtəlifliyinin qiymətləndirilməsi

31 Dekabr 2020 ­ 2500 V. Səlimov, A. Hüseynova • UOT: 634.8.664

Xülasə Məqalədə Abşeron şəraitində yetişdirilən bir sıra qiymətli yerli və introduksiya olunmuş üzüm sort-populyasiyalarının bar göstəricilərinin polimorfizmi dərəcəsindən, yeni təsərrüfat və seleksiya əhəmiyyətli formaların seçilməsində birbaşa əhəmiyyəti olan bar ...