Necə kömək edə bilərik?

Məqalə, müəllif və s.

Xatınbarmağı (Khatunbarmag B) süfrə üzüm sortunun ampelodeskriptor göstəricilərinin tədqiqi

Vüqar Səlimov

vugar_salimov@yahoo.com

Vüqar Səlimov

vugar_salimov@yahoo.com

1221 ­ ­ 3. Sentyabr 2023 ­ ­­ ­ üzüm populyasiya genotip seleksiya yerli sort salxım ampelodeckriptor göstəriciləri

PDF READ READ

Azərbaycan üzüm sortları zəngin polimorfizmə malik olmaqla, genotiplər biri birindən salxım və gilələrinin formasına, ölçüsünə, gilələrin rənginə, dadına, ətrinə və s. görə seçilsələr də, bir çox morfoloji əlamətlərə görə eynilik təşkil edirlər. Bu da üzüm genofondunda, o cümlədən populyasiyalarda sortmüxtəlifliyi, müxtəlif genotiplər və sinonimləri yaradır. Belə olan halda identik sortların, yaxud genotiplərin ayırd edilməsi xüsusi yanaşma tələb edir və hazırda dünyada sortların müəyyən edilməsində malekulyar genetik, ammelometrik üsullrdan, ampelodeskriptorlardan və s. geniş istifadə edlir. Azərbaycan üzümləri gilələrinin formasına görə yastılanmış, girdə, zəif oval, oval, ellipsvari, yumurtavari, uzunsov, uzun, qarmaqşəkilli, küpşəkilli, ortadan sıxılmış (balqabaqvari), əmzikşəkilli, silindrşəkilli və s. olur. Süfrə üzümlərinin çox hissəsinin gilələri uzunsov, oval, əmzikşəkilli, silindrşəkill olduğundan onları el arasında keçiməməsi, inəkəmcəyi, gomuşuməmə, xatın barmağı, qadınbarmağı və s. kimi ümumi adlarla adlandırırlar. Bunu nəzərə alaraq belə ümumi əlamətlərə malik olan sortlardan Xatınbarmağının ampelodeskriptor əlamətləri müəyyən edilərək, rəqəmsal qaydada təsvir edilmişdir. Məqalədə Xatınbarmağı sortunun morfoloji, bioloji, texnoloji, o cümlədən ampelodeskriptor əlamətlərindən bəhs edilir. Həmçinin sortun nəzarət Ağ Xəlili sortu ilə müqayisədə perspektiv göstəroicisi yeni model əsdasında verilmişdir.  

DİGƏR YAZILARI

 

Bəzi üzüm sort-populyasiyalarının barlılıq xüsusiyyətinin müxtəlifliyinin qiymətləndirilməsi

Xülasə Məqalədə Abşeron şəraitində yetişdirilən bir sıra qiymətli yerli və introduksiya olunmuş üzüm sort-populyasiyalarının bar göstəricilərinin polimorfizmi ...

Yerli əsgəri, qara kişmişi və sultani kişmişi üzüm populyasiyalarindaki klon variasiyalari

Xülasə Məqalədə Azərbaycanın yerli qiymətli Əsgəri, Qara kişmişi, Sultanı kişmişi üzüm sortlarının populyasiyasından ilkin olaraq seçilmiş protoklonların (ilkin ...

Xindoqnı üzüm sortunun ampelodeskriptor xüsusiyyətləri və perspektivliyi

Məqalədə Azərbaycanın qədim üzümçülük diyarlarından biri olan Qarabağın qədim, qiymətli Xindoqnı texniki istiqamətli üzüm sortunun ampelodeskriptor, ...

MƏQALƏLƏR - PDF

 

MÜƏLLİFLƏR

 

Cover
A.. Şükürov

KTN Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu,

   

Cover
V.. Quliyev

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, aqrar elmlər doktoru, dosent

   

Cover
X.. Abasova

Üzümçülük və Şərabçılıq ET İnstitutu

   

Cover
R.. Əsədullayev

Üzümçülük və Şərabçılıq ET İnstitutu

   

Cover
H.. Nurəddinova

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu