Azərbaycan Respublikasında becərilən üzüm sortlarının adlarının kod və şifrələri
V. Quliyev |
|
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, aqrar elmlər doktoru, dosent | |
a@example.com |
Məqalədə qeyd olunur ki, V.vinifera L. növünə məxsus olan üzüm sortlarının OIV deskriptorları əsasında 400-dən artıq əsas genetik əlamətləri, irsi dəyişkənlik tipləri beynəlxalq miqyasda qəbul edilmiş müvafiq qaydada kodlaşdırılmış və şifrələnmişdir. Buna uyğun olaraq Azərbaycanda üzüm sortlarının rəqəmsal formada ampeloqrafik təsvirləırinin hazırlanmasına başlanılmışdır. Azərbaycan Respublikasında ilk dəfə olaraq 270-dən artıq aborigen və introduksiya olunmuş, həmçinin yeni yaradılmış üzüm sortlarının əsas genetik əlamətləri, ampelo-deskriptor xüsusiyyətləri rəqəmsal ampeloqrafiya üsuluna müvafiq kodlarla və şifrələrlə ifadə olunmuşdur. Azərbaycan ampeloqrafiyası fundamental əsərlərdə belə şifrə və kodların oxunması üçün azərbaycan, ingilis və rus dillərində açarları verilmişdir. Həmçinin, ampeloqrafik təsvirlərin aparılması məqsədilə aborigen üzüm sortlarının adları kod və şifrələrlə ifadə olunmuşdur. Məqalədə həmçinin üzüm sortlarının ilk dəfə olaraq rəqənsal ampeloqrafik təsvirləri üçün nümunə verilmişdir
Müəllifin başqa məqaləsi yoxdur!


