Necə kömək edə bilərik?

Məqalə, müəllif və s.

Xindoqnı üzüm sortunun ampelodeskriptor xüsusiyyətləri və perspektivliyi

Vüqar Səlimov

vugar_salimov@yahoo.com

1287 ­ ­ 3. Sentyabr 2023 ­ ­

PDF READ READ

Məqalədə Azərbaycanın qədim üzümçülük diyarlarından biri olan Qarabağın qədim, qiymətli Xindoqnı texniki istiqamətli üzüm sortunun ampelodeskriptor, morfoloji, bioloji, texnoloji xüsusiyyətləri, o cümlədən populyasiyasının quruluşu, variasiya və dəyişkənlikləri haqqında ərtaflı məlumatlar verilir. Sortun morfoloji, bioloji, texnoloji əlamətləri OİV-nin (Beynəlxalq Üzüm və Şərab Təşkilatı) təklif etdiyi müasir prtokol və metodlar əsasında öyrənilmiş, bunlar əsasında onun rəqəmsal ampelodeskriptor əlamətləri geniş təsvir edilmişdir. Tədqiqat zamanı Xindoqnı sortunun məhsuldarlıq, tənəklərinin böyümə və inkişaf, xəstəlik və zərərvericilərə qarşı davamlılığı, salxım və gilələrinin eno-karpoloji və eno-kimyəvi göstəriciləri öyrənilmişdir. Sortun məhsullarının istifadə istiqamətinin və texnoloji yararlılığının müəyyən edilməsi məqsədilə salxım və gilələri uvaloji qiymətləndirilmiş, onlardan müxtəlif növ şərab nümunələri hazırlanaraq müasir üsullarla fizikikimyəvi analiz edilmişdir. Araşdırma və tədqiqatlar zamanı Xindoqnı sortunun populyasiyadaxili fenotipik dəyişkənliyi qiymətləndirilərək bir neçə biotip və klon variasiyaları müəyyən edilmiş, onların fərqləndirici əlamətləri araşdırılaraq təsvir olunmuş, hər bir biotip və klon formanın ayrı ayrılıqda morfoloji əamətləri, bioloji və texnioloji göstəriciləri araşdırılmışdır. Xindoqnı sortunun perspektivlik, o cümlədən kəmiyyət və keyfiyyət göstəricilərinin üstünlüklərini üzə çıxarmaq üçün geniş yayılmış sortlardan olan yerli Mədrəsə və xarici Kaberne sovinyonla müqayisəli səciyyələndirilmişdir. Göründüyü kimi, perspektivliyin ümumi balı Kaberne sovinyonda nisbətən aşağı olmaqla 5,78 bal, Mədrəsədə 6,70 bal, Xindoqnıda isə nisbətən yüksək olmaqla 7,22 bal təşkil etmişdir. Xindoqnının digər sortlardan üstün olmasına səbəb onun məhsuldarlıq və keyfiyyət göstəricilərinin (məhsuldarlıq – 9, K1 – 7, K2 – 7, şəkərlilik – 9, titrlənən turşuluq – 7) yüksək olmasıdır.

DİGƏR YAZILARI

 

Bəzi üzüm sort-populyasiyalarının barlılıq xüsusiyyətinin müxtəlifliyinin qiymətləndirilməsi

Xülasə Məqalədə Abşeron şəraitində yetişdirilən bir sıra qiymətli yerli və introduksiya olunmuş üzüm sort-populyasiyalarının bar göstəricilərinin polimorfizmi ...

Yerli əsgəri, qara kişmişi və sultani kişmişi üzüm populyasiyalarindaki klon variasiyalari

Xülasə Məqalədə Azərbaycanın yerli qiymətli Əsgəri, Qara kişmişi, Sultanı kişmişi üzüm sortlarının populyasiyasından ilkin olaraq seçilmiş protoklonların (ilkin ...

Xatınbarmağı (Khatunbarmag B) süfrə üzüm sortunun ampelodeskriptor göstəricilərinin tədqiqi

Azərbaycan üzüm sortları zəngin polimorfizmə malik olmaqla, genotiplər biri birindən salxım və gilələrinin formasına, ölçüsünə, gilələrin rənginə, dadına, ...

MƏQALƏLƏR - PDF

 

MÜƏLLİFLƏR

 

Cover
R.. Əsədullayev

Üzümçülük və Şərabçılıq ET İnstitutu

   

Cover
X.. Abasova

Üzümçülük və Şərabçılıq ET İnstitutu

   

Cover
V.. Quliyev

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, aqrar elmlər doktoru, dosent

   

Cover
H.. Nurəddinova

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

   

Cover
A.. Şükürov

KTN Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu,