Necə kömək edə bilərik?

Məqalə, müəllif və s.

Abşeron şəraitində bəzi texniki üzüm sortlarinin vegetasiya müddəti

X. Abasova

xuraman.abasova@mail.ru

R. Əsədullayev

raufasad@mail.ru

2552 ­ ­ 1. Dekabr 2020 ­ ­­ ­ üzümçülük süfrə və texniki sortlar vegetasiya fazaları Аbşeron bölgəsi fenoloji göstəricilər

PDF READ READ

Xülasə

Vegetasiya dövrünün gedişində üzümün həyat funksiyaları (böyümə, inkişaf, bar vermə və s.) özünü büruzə verir. Üzüm bitkisinin vegetasiyası bahar fəslində orta sutkalıq temperatur 10°C səvissinə çatdıqda şirə hərəkəti, gözcüklərin şişib açılması ilə başlayır. Bu temperatur üzüm bitkisi üçün “bioloji sıfır” kimi qəbul olunmuşdur. Vegetasiya müddəti payızda, havanın soyuyaraq orta sutkalıq müsbət temperaturun 10°C və daha aşağı düşməsi ilə bitir. Müxtəlif üzüm sortlarında vegetasiya müddətinin günlərinin sayı fərqlidir. Bu əlamətə əsasən bütün üzüm sortları müxtəlif yetişmə müddətinə görə qruplara bölünmüşlər. Vegetasiya müddətinin uzunluğu sort və ilin meteoroloji şəraiti ilə yanaşı, bölgənin torpaqiqlim şəraitindən də asılıdır. Azərbaycanın üzümçülüyün inkişaf etdirilməsi üçün olduqca əlverişlə torpaq-iqlim şəraitinə malik olan bölgələrindən biri də Abşerondur. Burada tarixən süfrə üzümçülüyü inkişaf etmiş, bölgənin əhalisi ölkənin üzüm genofondunu olduqca yüksək keyfiyyətli süfrə sortları ilə zənginləşdirilmişdir. Bizim tədqiqatlarımızın məqsədi isə Abşeronun yüksək gəlirli sahə olan şərabçılıqda xammal kimi istifadə edilən texniki üzüm sortlarının becərilməsi üçün nə qədər əlverişli olmasını öyrənmək oldu. Məqalədə ənənəvi süfrə üzümçülüyü bölgəsi olan Abşeron şəraitində yüksək keyfiyyətli şərab alınması üçün texniki üzüm sort və hibrid formalarının vegetasiyasının gedişi və müddətinin tədqiqinin nəticələri təqdim edilmişdir. Öyrənilən sortlarda vegetasiya fazalarının müddətləri şərabçılıq bölgələrinin göstəricilərinə uyğun gəlməsi Abşeron torpaq-iqlim şəraitinin şərabçılıq üçün əlverişli olduğu haqda fikir söyləməyə imkan verir.

DİGƏR YAZILARI

 

Müəllifin başqa məqaləsi yoxdur!

 

MƏQALƏLƏR - PDF

 

MÜƏLLİFLƏR

 

Cover
V.. Quliyev

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, aqrar elmlər doktoru, dosent

   

Cover
H.. Nurəddinova

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

   

Cover
A.. Şükürov

KTN Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu,

   

Cover
Vüqar. Səlimov

KTN-nin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, a.e.d., dos.