Necə kömək edə bilərik?

Məqalə, müəllif və s.

Differensial aqrotexnikani tətbiq etməklə üzüm tənəyinə müxtəlif formalar üzərində yük vermənin məhsuldarliğa və məhsulun keyfiyyətinə təsiri

A. Şükürov

nunuh.1998@gmail.com

2161 ­ ­ 1. Dekabr 2020 ­ ­­ ­ budama gözcük aqrotexnika becərmə sort

PDF READ READ

Xülasə

Üzüm sahələrindən yüksək məhsul götürmək üçün elmi əsaslarla aqrotexniki tədbirləri vaxtında yerinə yetirmək, yeni daha məhsuldar üzüm sortlarının yetişdirilməsinə dair tədqiqatlar davam etdirilməlidir.Bu məqsədlə üzümçülükdə forma verilməsi yerli şəraitə uyğun yük normasının təyini daha mütərəqqi metodlara əsaslanan aqrotexniki tədbirlər kompleksinin tətbiqinə tələbat vardır. Uzun illərdən bəri tətbiq olunan kompleks aqrotexniki tədbirlərin ayrı-ayrılıqda öyrənilməsinə dair tədqiqatlar aparılmamış, hər bir tədbirin ayrıayrılıqda məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri müəyyənləşdirilməmişdir. Aparılan elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, məhsuldarlığın artırılması üçün üzümçülükdə forma verməklə optimal yük normasının təyininə fərdi yanaşılmalıdır.Bundan başqa iqlim-torpaq şəraiti sortun biologiyası, tənəyin təsərrüfat-texnoloji xüsusiyyətləri, xüsusən də aqrotexnika elmi əsaslarla öyrənilməlidir.İllərdən bəri tətbiq olunan kortəbii forma vermələr və yük normasının təyini məhsuldarlığın kəmiyyət və keyfiyyətinə mənfi təsir göstərir. Ona görə də hər bir sort üçün konkret şəraitdə optimal göforma və gözcük yükünün təyin edilməsi üzümçülükdə aktullıq kəsb edir. Eyni sorta verilən müxtəlif formlar verilmiş tənəklərdə açılmayan gözcüyün, yaşıl zoğların, bir salxımlı zoğlar, iki salxımlı zoğlar, üç salxımlı zoğlar, cəmi barlı zoğlar, salxımın miqdarı, açılmış gözcüyün miqdarı (%-lə), tənəyin və ya gözcüyün bar əmsalı, yaşıl zoğların bar əmsalı, barlı zoğların bar əmsalı, barlı zoğların miqdarı (%-lə) müəyyən edilmişdir. Aparılan 4 illik tədqiqatın nəticəsinə görə belə qənaətə gəlmək olar ki, Parkent üzüm sortuna kardon forması verməklə 50-60 gözcük yükündə hektarın məhsuldarlığı illər üzrə 85,4, yelpik formasında isə 93,6 sentner olmuşdur. Sentenial Sidless süfrə üzüm sortunda isə 4 illik nəticəyə görə 50-60 gözcük saxlamaqla kardon forması verdikdə illər üzrə orta məhsuldarlıq 73,3 sentner, həmin gözcük normasında yelpik forması verdikdə illər üzrə orta göstərici 76,5 sentner oldu. Beləliklə, becərmələrin sortlar üzrə aparılması yerli şəraitə uyğun ayrı-ayrılıqda aqrotexnikaının tətbiqi və formalar üzrə yük normasının verilməsi tədiqqatlar nəticəsində müəyyən edilərək öyrənilmişdir.Belə nəticəyə gəlmək olar ki, Parkent və Sentenial Sidless üzüm sortlarına kardon və yelpik forması üzərində hər tənəyə 50-60 gözcük verdikdə o biri variantlara nisbətən daha çox məhsul almaq olar.

DİGƏR YAZILARI

 

Müəllifin başqa məqaləsi yoxdur!

 

MƏQALƏLƏR - PDF

 

MÜƏLLİFLƏR

 

Cover
X.. Abasova

Üzümçülük və Şərabçılıq ET İnstitutu

   

Cover
Vüqar. Səlimov

KTN-nin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, a.e.d., dos.

   

Cover
R.. Əsədullayev

Üzümçülük və Şərabçılıq ET İnstitutu

   

Cover
H.. Nurəddinova

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

   

Cover
V.. Quliyev

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, aqrar elmlər doktoru, dosent