Necə kömək edə bilərik?

Məqalə, müəllif və s.

Yerli əsgəri, qara kişmişi və sultani kişmişi üzüm populyasiyalarindaki klon variasiyalari

Vüqar Səlimov

vugar_salimov@yahoo.com

2308 ­ ­ 1. Dekabr 2020 ­ ­­ ­ üzüm populyasiya variasiya genotip seleksiya yerli sort salxım gilə toxumsuz üzüm sortu ampeloqrafik kolleksiya

PDF READ READ

Xülasə

Məqalədə Azərbaycanın yerli qiymətli Əsgəri, Qara kişmişi, Sultanı kişmişi üzüm sortlarının populyasiyasından ilkin olaraq seçilmiş protoklonların (ilkin klonların, yaxud anac tənəklər) və onların vegetativ nəsillərinin (klonların) biomorfoloji, təsərrüfat-texnoloji xüsusiyyətlərindən bəhs edilir. Üzüm sortlarının populyasiyasındakı tənəklər seçilib müəyyən edildikdən və təsərrüfat əhəmiyyətli əlamətlərin sabitliyi müəyyən edildikdən sonra onların vegetativ nəslinin irsi olub olmamağı təsərrüfat və seleksiya baxımından olduqca əhəmiyyətlidir. Ona görə də, müsbət əlamətlər üzrə seçilmiş klonların artırılma zamanı vegetativ nəsildə həmin əlamətlərin irsi olaraq ötürülməsi təcrübi olaraq böyük əhəmiyyət kəsb edir. Bu vacib məsələ olduğundan tədqiqat ioşoimizdə diqqət mərkəzində olmuşdur və müvafiq üsullarla vegetativ irsilik araşdırılmışdır. Əsgəri sortunun klon formalarında salxımların miqdarı 22-32 ədəd, salxımların kütləsi 268,0-468,6 q, 100 gilənin kütləsi 178-230 q, gilədə şəkərlilik 20,3-22,8 q/100 sm3 , zoğların məhsuldarlıq indeksi 35,0-56,8 q x şəkər , kolun məhsuldarlığı 7,2-11,5 kq arasında dəyişmişdir. Nəzarətlə müqayisədə klon formalarına kolun orta məhsuldarlığında artım 20,0- 91,7% olmaqla, riyazi baxımdan dürüstdür (etibarlıdır p<0,05 və p<0,001). Qara kişmişi sortunun klon formalarında salxımların miqdarı 22-29 ədəd , salxımların kütləsi 216,4-432,6 q, 100 gilənin kütləsi 206-204 q, gilədə şəkərlilik 18,8-23,0 q/100 sm3 , zoğların məhsuldarlıq indeksi 21,-57,4 q x şəkər, kolun məhsuldarlığı 4,6-10,4 kq arasında dəyişmişdir. Nəzarətlə müqayisədə klon formalarına kolun orta məhsuldarlığında artım 42,6-91,7% olmaqla, riyazi baxımdan dürüstdür (etibarlıdır p<0,05 və p<0,001). Lakin Qara kişmişi sortu üzrə bir klon forma (17/1-14 klon forma) sabit məhsuldarlıq nümayiş etdirməmiş, nəzarətlə müqayisədə aşağı məhsuldar olmuşdur. Sultanı kişmişi sortunun klon formalarında salxımların miqdarı 18-29 ədəd, salxımların kütləsi 306,0-444,0 q, 100 gilənin kütləsi 228-412 q, gilədə şəkərlilik 19,4-21,0 q/100 sm 3 , zoğların məhsuldarlıq indeksi 29,6-43,0 q x şəkər, kolun məhsuldarlığı 6,8-11,5 kq arasında dəyişmişdir. Nəzarətlə müqayisədə klon formalarına kolun orta məhsuldarlığında artım 23,6- 109,1% olmaqla, riyazi baxımdan dürüstdür (etibarlıdır p<0,05 və p<0,001).

DİGƏR YAZILARI

 

Bəzi üzüm sort-populyasiyalarının barlılıq xüsusiyyətinin müxtəlifliyinin qiymətləndirilməsi

Xülasə Məqalədə Abşeron şəraitində yetişdirilən bir sıra qiymətli yerli və introduksiya olunmuş üzüm sort-populyasiyalarının bar göstəricilərinin polimorfizmi ...

Xindoqnı üzüm sortunun ampelodeskriptor xüsusiyyətləri və perspektivliyi

Məqalədə Azərbaycanın qədim üzümçülük diyarlarından biri olan Qarabağın qədim, qiymətli Xindoqnı texniki istiqamətli üzüm sortunun ampelodeskriptor, ...

Xatınbarmağı (Khatunbarmag B) süfrə üzüm sortunun ampelodeskriptor göstəricilərinin tədqiqi

Azərbaycan üzüm sortları zəngin polimorfizmə malik olmaqla, genotiplər biri birindən salxım və gilələrinin formasına, ölçüsünə, gilələrin rənginə, dadına, ...

MƏQALƏLƏR - PDF

 

MÜƏLLİFLƏR

 

Cover
V.. Quliyev

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, aqrar elmlər doktoru, dosent

   

Cover
A.. Şükürov

KTN Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu,

   

Cover
X.. Abasova

Üzümçülük və Şərabçılıq ET İnstitutu

   

Cover
H.. Nurəddinova

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

   

Cover
R.. Əsədullayev

Üzümçülük və Şərabçılıq ET İnstitutu