Bəzi üzüm sort-populyasiyalarının barlılıq xüsusiyyətinin müxtəlifliyinin qiymətləndirilməsi
![]() |
Vüqar Səlimov |
KTN-nin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, a.e.d., dos. | |
vugar_salimov@yahoo.com |
XülasəMəqalədə Abşeron şəraitində yetişdirilən bir sıra qiymətli yerli və introduksiya olunmuş üzüm sort-populyasiyalarının bar göstəricilərinin polimorfizmi dərəcəsindən, yeni təsərrüfat və seleksiya əhəmiyyətli formaların seçilməsində birbaşa əhəmiyyəti olan bar göstəricilərinin müəyyənləşdiriləsindən və qiymətləndirilməsindən bəhs edilir. Klon seleksiyasında işin uğurlu alınması üçün populyasiyadakı tənəklər bir neçə il ardıcıllıqla müxtəlif vacib təsərrüfat və seleksiya əhəmiyyətli əlamətlər üzrə qiymətləndirilməli və müxtəliflik, dəyişkənlik dərəcəsi düzgün müəyyən edilməlidir. Tədqiqatlar zamanı öyrənilən üzüm sortlarının populyasiyasındakı, hər bir tənəyin bar göstəriciləri ayrı-ayrılıqda təyin edilmişdir. Məlum olmuşdur ki, hə ayrı-ayrı üzüm sortları o cümlədən sortdaxili (populyasiyadakı) tənəklər məhsuldarlıq göstəricilərinə görə biri-birilərindən nəzərəçarpacaq dərəcədə fərqlənirlər. Bu isə klon dəyişkəınliyinin qiymətləndirilməsinə əsas verir. Tədqiqatlar zamanı məlum olmuşdur ki, həm ayrı-ayrı sortlarda, o cümlədən hər bir sortun daxilindəki tənəklər məhsuldarlıq göstəricilərinə görə bir-birindən xeyli fərqlənirlər. Sort-populyasiyalar bu xüsiyyətləri onun bioloji və inkişaf xüsuiyyətindən, becərmə texnologiyasından, göz və zoğ yükünün miqdarından və s. asılı olaraq baş verir. Bu da hər bir populyasiyanın məhsuldarlıq göstəriciləri üzrə orta göstəricilərin aşağı düşməsinə və onun mənfi və müsbət variasiyalrla qarışığına çevrilməsinə səbəb olur. Bu da həmin sort-populyasiyaların təsərrüfat-iqtisadi əhəmiyyətini kəskin aşağı salır. Tədqiqatlar nəticəsində hər bir populyasiyadakı tənəklər ayrı-ayrılıqda qiymətləndirlərək müsbət əlamətli formalar seçilib müəyyən edilmişdir. Müsbət əlamətli tənəklər əsasən salxımların mqdarına və onların ölçüsünə, kütləsinə görə seçilirlər.

Yerli əsgəri, qara kişmişi və sultani kişmişi üzüm populyasiyalarindaki klon variasiyalari
Xülasə Məqalədə Azərbaycanın yerli qiymətli Əsgəri, Qara kişmişi, Sultanı kişmişi üzüm sortlarının populyasiyasından ilkin olaraq seçilmiş protoklonların (ilkin ...
Xindoqnı üzüm sortunun ampelodeskriptor xüsusiyyətləri və perspektivliyi
Məqalədə Azərbaycanın qədim üzümçülük diyarlarından biri olan Qarabağın qədim, qiymətli Xindoqnı texniki istiqamətli üzüm sortunun ampelodeskriptor, ...
Xatınbarmağı (Khatunbarmag B) süfrə üzüm sortunun ampelodeskriptor göstəricilərinin tədqiqi
Azərbaycan üzüm sortları zəngin polimorfizmə malik olmaqla, genotiplər biri birindən salxım və gilələrinin formasına, ölçüsünə, gilələrin rənginə, dadına, ...
-
Xatınbarmağı (Khatunbarmag B) süfrə üzüm sortunun ampelodeskriptor göstəricilərinin tədqiqi
F. XANLARZADƏ • UOT: 634.8.664 • 2023 -
Azərbaycan Respublikasında becərilən üzüm sortlarının adlarının kod və şifrələri
V. Quliyev • UOT: 634.8:631.527 • 2023

